Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular


04.10.2018  09:56 

Sabah Azərbaycanda nə olacaq? - Xüsusi təhlükəli hadisə haqqında xəbərdarlıq





A+  A-

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdə bildirilirdi ki, oktyabrın 5-6-da ölkə ərazisində hava şəraiti kəskin pisləşəcək, leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq.
XəzərNews.az xəbər verir ki, sözügedən məlumat nazirliyin saytına “Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq” başlığı ilə yerləşdirilib.

Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Xəbər 3818 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +