Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


26.09.2018  09:02 

Orta məktəblərdə qiymətləndirmədə - Yenilik





A+  A-

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.
XəzərNews.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir. Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.

V.Bağırov qeyd edib ki, yeni yanaşmalarda kiçik və böyük summativ qiymətləndirmələrin 100 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur:

"Bu qiymətləndirməyə görə, şagirdin summativdə topladığı 0-30 bal "2", 30-60 bal "3", 60-80 bal "4", 80-100 bal "5" olacaq. Bu bal ən sonda bizim öyrəşdiyimiz 5 ballıq qiymət şkalasına da uyğunlaşdırılacaq ki, valideynlər toplanılan balın 5 ballıq qiymət şkalasında hansı qarşılıq verdiyini bilsinlər. Sinif jurnallarında isə bu qiymətlərin hər ikisi qeyd ediləcək".

Xəbər 2761 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +