Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


20.08.2018  12:57 

Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq





A+  A-

Mingəçevirdəki enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası araşdırmaları yekunlaşdırmaq üzrədir.
XəzərNews.az xəbər verir ki, bu haqda Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, Komissiyanın üzvü Nazim Məmmədov açıqlama verib.

O qeyd edib ki, iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza ilə bağlı Dövlət Komissiyasının bu həftənin sonuna kimi yekun rəyi olacaq.

“Komissiya hadisənin yekun rəyini bitirmək üzrədir. Bildiyiniz kimi, bu ayın 22-23 Qurban bayramı ilə əlaqədar qeyri-iş günüdür. Ancaq komissiya həmin günləri də işləyəcək. Hadisənin yekun rəyi isə tam hazır olduqdan sonra dövlət başçısına təqdim olunacaq”.

Qeyd edək ki, İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurub.

Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Xəbər 2506 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +