Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq


04.07.2018  16:11 

Mingəçevir İES-in fəaliyyəti bərpa edildi





A+  A-

İyulun 3-də gecə saatlarında qəza baş verən Mingəçevirdə yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti artıq bərpa edilib.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, bunu "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib.

"Hazırda problem həll olunub, enerji sisteminin fəaliyyəti tam şəkildə bərpa edilib. Ölkə üzrə elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan qaldırılıb. Hazırda vəziyyət qənaətbəxşdir. Sistemin dayanıqlığının möhkəmləndirilməsi ilə bağlı digər müvafiq texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir”,-deyə Y. Babanlı qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkə elektrik sisteminin enerji ilə təminatında "Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı, digər mövcud güclərdən də istifadə edilir.
Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. İlkin məlumata görə, qəza bir neçə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Ötən gün təxminən saat 19 radələrində "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Bir neçə saat sonra elektrik enerjisinin verilişi bərpa edilib.

Xəbər 2908 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +