Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


04.07.2018  14:32 

Hökumətin səlahiyyətləri Ərdoğana keçdi





A+  A-

24 iyun seçkilərindən sonra Türkiyədə parlamentar respublikadan prezident idarəetmə üsuluna keçilməsi çərçivəsində hökumət səlahiyyətlərini prezidentə təhvil verib.
XəzərNews.az xəbər verir ki, bu barədə iyulun 4-də “Resmi Gazete”də rəsmi məlumat dərc olunub.

Xatırladaq ki, Türkiyədə 1924-cü ildən 2017-ci il də daxil olmlaqla, bir sıra qanunlarda və qanunvericilik aktlarına dəyişiklik və düzəlişlər edilib.

Həmin qanunlara və son Konstitusiya referendumuna əsasən, baş nazirin və hökumətin icraedici səlahiyyətləri prezidentə verilir.

Prezident and içəndən sonra qanun qüvvəyə minəcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Rəcəb Tayyib Ərdoğan 52,59 faiz səs toplayaraq yenidən ölkə prezidenti seçilib.

Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) isə 41,56 faiz səs toplayıb.

İyulun 8-də Türkiyədə prezident və millət vəkilləri and içəcəklər.

Onu da qeyd edək ki, andiçmə mərasimi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (MM) ilk iclasına “İYİ Parti”li 71 yaşlı millət vəkili Yılmaz Durmuş sədrlik edəcək.

Əslində ən yaşlı millət vəkili CXP-nin keçmiş genəl başqanı və Antalya millət vəkili Dəniz Baykal olsa da (onun iyulun 20-də 80 yaşı tamam olur-red), amma səhhətində problemlər hələ də davam etdiyi üçün onun ilk iclasa sədrlik etməsi mümkün olmayacaq.

Bu səbəbdən onun digər yaşlı millət vəkili Yılmaz Durmuş əvəzləyəcək.

Eyni zamanda, qeyd edək ki, AKP-nin “Cümhur” İttifaqındakı ortağı MHP TBMM başqanlığna namizəd irəli sürməyəcəyini bəyan edib və yeni başqanın böyük ehtimallarla Türkiyənin sonuncu baş naziri, AKP İzmir millət vəkili Binəli Yıldırım olacağı gözlənilir.

Xəbər 2801 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +