Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


04.07.2018  09:17 

Dayanacaqlarda böyük izdiham yarandı - FOTOLAR





A+  A-

Bu gün Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur.
XəzərNews.az xəbər verir ki, xüsusilə Bakı kəndlərindən paytaxta girişlərdə problem yaranıb. Hazırda “Koroğlu” və "Neftçilər" metrosunun yaxınlığındakı avtobus dayanacağında böyük izdiham yaranıb. Ərazidə qalan şəxslər bildirirlər ki, mövcud avtobuslar sərnişinləri daşımaq üçün yetərli deyil. Buna görə də onlar uzun müddət dayanacaqda gözləmək məcburiyyətində qalıblar.

***

Sərnişinlərin verdiyi məlumata görə, problem bütün metro stansiyalarda hökm sürür. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.

***

Bakı Nəqliyyat Agentliyi də sıxlıqla bağlı məlumat yayıb. Bildirilir ki, günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir:

"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir".






Xəbər 2717 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +