Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular


30.06.2018  15:13 

İş adamı qəza törətdi, yaralılar var





A+  A-

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, iyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətov idarə etdiyi “VAZ 21074” markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala-Muğanlı avtomobil yolunda idarəetmənin itirməsi səbəbindən maşın yolun sağ kənarındakı ağaclıq əraziyə girib.
Məlum hadisədən sonra sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri - 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan bildirlib ki, xəsarət alanlardan Xuraman Əhmədovanın müalicəsi xəstəxanada aparılır. Digər üç nəfərin vəziyyəti yüngül olduğundan onalr xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Məlumatda bildirlir ki, Telman Həsrətov rayonda iş adamı kimi tanınır, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri və 2017-ci ilin payızında təsis edilmiş Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir. Qəza zamanı avtomobilində olan qadınlar isə onun işçiləri olub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər 4609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +