Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


28.06.2018  11:57 

Müəllimlər İnstitutunda saxta diplom verildi - Nazir işə qarışdı





A+  A-

Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb. Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Məsələyə müdaxilə edən təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb.

Bu əmrlə Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etməklə qanuni əsaslarla ali təhsil müəssisəsinə qəbul olunduğunu və təhsilini başa vurduğunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən AMİ-nin Qazax filialına həmin şəxsin adına yazılması üçün verilmiş, lakin başqa şəxsin adına yazılmış B seriyalı 020724 nömrəli diplom etibarsız sayılıb.

AMİ-nin Qazax filialı tərəfindən Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilmiş B seriyalı 042889 nömrəli diplom ləğv edilib.

Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunaNəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılmasını təmin etmək tapşırılıb.

Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin etməlidir.

Xəbər 2830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +