Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


28.06.2018  11:09 

Azərbaycanda hərbi hissələrdə rejim dəyişdi - SƏBƏB





A+  A-

Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə Müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərə görə, görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.

İstilik və günvurmanın profilaktikası, şəxsi heyətin su təchizatının nizamlanması üzrə kompleks tədbirlər görülür. Döyüş hazırlığı məşğələləri səhər saat 11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta vaxtı istirahət verilir.

Hərbi hissələrin ərazilərində, döyüş mövqelərində və təlim yerlərində şəxsi heyətin birbaşa günəş şüasından qorunması üçün kölgəliklər və duş yerləri hazırlanıb. Bütün hərbi qulluqçular daim qablaşdırılmış içməli su ilə təmin olunur.

Xəbər 3138 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +