Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


01.06.2018  13:18 

Şimali və Cənubi Koreya sülh danışıqlarını bərpa edib





A+  A-

Cənubi Koreya və Şimali Koreya arasında təxirə salınan sülh danışıqları yenidən başlanıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimnali Koreya prezidenti Kim Çen In ilə amerikalı həmkarı Donald Tramp arasında sammit danışıqlarına görə sülh danışıqlarına ara verilmişdi. Bu gün səhər iki ölkənin rəsmi nümayəndələrinin keçirdikləri toplantıda sərhədə yaxın bir ərazidə əlaqə bürosunun yaradılması müzakirə olunub.

Bundan başqa tərəflərin 2000-ci ildə imzalanan 15 iyul Bəyənnaməsinin ildönümünə həsr olunan tədbirlərin həyata keçirilməsi üçün fikir mübadiləsi aparıblar.

Nümayəndələr görüş zamanı sərhədin hər iki tərəfində gərginliyin azaldılması üçün hərbi danışıqların aparılması, 1950-1953-cü illərdə baş vermiş müharibədə ayrılan ailələrin bir araya gətirilməsi üçün tədbirlərin görülməsində razılığa gəliblər.

Avqust ayında keçiriləcək Asiya Oyunlarında bəzi idman növlərində birgə komandaların yaradılması məsələsində də görüşlərin olacağı bildirilir.

Xəbər 2862 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +