Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


30.05.2018  14:26 

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib - Ermənistan TƏSDİQLƏDİ





A+  A-

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Naxçıvan istiqamətində daha əlverişli mövqe tutması ilə bağlı yayılan xəbərləri faktiki olaraq təsdiqləyib.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ordusunun mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, Naxçıvanla sərhəddə yerləşən Areni kəndinin sakinləri Azərbaycan mövqelərinin irəliyə şəkilməsindən narahat olublar.

“Naxçıvan istiqamətində mövqelərin çəkilməsi gündəlik baş verən prosesdir. Adıçəkilən kəndlərin sakinləri ilə bununla bağlı izahat aparılır. Bizim döyüş qabiliyyətimiz mövqelərin yüksəkliyi ilə ölçülmür. Yaranmış söz-söhbət bizim işlərimizə mane olur. Xahiş edirəm, təmkinimizi saxlayaq”-deyə Artsrun Ovannisyan erməni ictimaiyyətini sakitliyə çağırıb.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılmış məlumatlarda bildirilirdi ki, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Xəbər 2758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +