Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


02.05.2018  17:52 

Deputatların maaşı artırılır





A+  A-

Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.

Dəyişikliyə görə, Azərbaycan Milli Məclisinin deputatlarının maaşı 10 faiz artırılacaq.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Qanun layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər 2857 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +