Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular


30.04.2018  11:16 

Paşinyan yeganə namizəd oldu





A+  A-

Ermənistan parlamenti “Çıxış” fraksiyası Nikol Paşinyanın baş nazirliyə namizədliyini irəli sürüb.
XəzərNews.az xəbər verir ki, bu barədə fraksiyanın deputatlarından biri Edmon Marukyan öz “Feysbuk” hesabında məlumat yerləşdirib.

Hakim “Respublika” partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan digər qüvvələr vahid namizədlə çıxış edərsə buna maneə törətməyəcəyini bildirib. Hakim partiya mayın 1-də keçiriləcək seçkilərdə namizəd irəli sürməyəcəklərini bildirib.

“Daşnaksütyun” Paşinyanın namizədliyini irəli sürməyi planlaşdırır, “Sarukyan Fraksiyası isə “xalqın namizədi”ni dəstəklədiyini bildirib.

Xatırladaq ki, etirazçıların lideri Nikol Paşinyan dünən keçirdiyi mitinqdə aprelin 30-da parlament qüvvələri ilə görüşlər keçirəcəyini bildirib.

Paşinyanın həmçinin hakim “Respublika” partiyası ilə də görüş keçirəcək.

O görüşlərdən sonra “xalqın nümayəndəsinin”, yəni özünün baş nazir seçiləcəyinə zəmanət aldığını xalqa çatdıra biləcəyini qeyd edib.

Qeyd edək ki, parlamentdə “Respublikaçılar”ın 58, “Tsarukyan” fraksiyasının 31, “Çıxış” fraksiyasının 9, “Daşnaksütyun”un isə 7 mandatı var. Baş nazirin seçilməsi üçün isə 53 səs lazımdır.

Xəbər 3191 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +