Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?


26.04.2018  09:05 

Çernobıl faciəsindən 32 il keçir





A+  A-

Bu gün Çernobıl faciəsindən 32 il keçir. Dünyanı dəhşətə gətirən hadisə 1986-cı il 26 aprel tarixində baş verib. Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı dəhşətli sonuclara səbəb olub.
XəzərNews.az-ın məlumatına görə, Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda başlayan yanğın həyat üçün təhlükə kəsb edən radioktiv duman yaradıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələlər idi. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaların demək olar ki, 90 %-də əlillik yaranır.

Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

Qəza zamanı yaranan və yüksək radiasiyaya sahib olan tullantılar üstündən 32 il keçməsinə baxmayaraq, bu gün də öz fəsadlarını göstərməkdədir.

Azərbaycandan da 5 minə yaxın insan Çernobıl qəzasından zərər görüb.

1993-cü ölkəmizdə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib.
Azərbaycanın sosial qanunvericiliyində Çernobıl əlilləri əlilliklərinin səbəbinə görə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar və Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar kateqoriyaları üzrə müəyyən ediliblər.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2864 nəfər) ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir və onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar (1730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər, Prezident təqaüdü ilə də təmin olunurlar.

Xəbər 3374 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +