Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


20.04.2018  18:06 

Eldar Mahmudov məhkəməyə verildi





A+  A-

Keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudov və nazirliyin istintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev məhkəməyə verilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev E,Mahmudovla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib. O, qanunsuz olaraq həbs edilməsinə görə nazir E.Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib. Onun şikayəti əsasında məhkəmə prosesi hakim Sərdar Mehrəliyevin sədrliyi ilə aprelin 24-də keçiriləcək.

M.Mustafayev general M.Şıxəliyevə qarşı iddiasna isə Səbail rayon Məhkəməsində baxılacaq. Onunla bağlı cinayət işinin istintaqının generalın rəhbərlik etdiyi idarənin apardığını əsas gətirərək M.Şıxəliyevdən təzminat kimi 63 min manat tələb edib. Bu iddia üzrə məhkəmə prosesi isə hakim Nurəddin Bağırovun sədrliyi ilə mayın 1-də keçiriləcək.

E.Mahmudov və M.Şıxəliyev yüksək dövlət postu tutduğu üçün Maliyyə Nazirliyi də hər iki prosesə cavabdeh şəxs kimi cəlb edilib.

Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2 gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.

Xəbər 3176 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +