Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


13.04.2018  12:48 

Milli Şuranın mitinqinə kimlər qoşulacaq?





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb və müsbət cavab verib. Müxalifətin aprelin 14-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda yerləşən “Məhsul” İdman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.
XəzərNews.az-ın məlumatına görə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az saytına açıqlamasında deyib ki, mitinqə başqa qüvvələr, narazı təbəqə istənilən vaxt qoşula bilər:

“Əslində indi məqamdır. Yəni seçkilərdən gözləntiləri olan, özlərini aldadan insanlar nəhayət bunu hiss edib mitinqə qatılmalıdılar. Bu baxımdan əminəm ki, sabahkı mitinqimizdə insanların sayı əvvəlkindən çox olmalıdır. Havanın necə olmasından asılı olmayaraq gözləntilərimiz belədir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev deyib ki, hazırda hansı qüvvələrin mitinqə qoşulacağını demək çox çətindir:

“Bu və ya digər səbəblərdən mitinqlərdə iştirak etməyən, etmək istəməyən bəzi şəxslər "biz bu mitinqə dəvət olunmamışıq" deyib aksiyada iştiraka tərəddüd edirlər. Hamı bilsin ki, bu mitinqlər ümumxalq etiraz mitinqidir.

Mitinq hamının üzünə açıqdır. Hər bir şəxs mitinqin təşkil edilməsi, hazırlanması, həyata keçirilməsindən tutmuş digər bütün işlərində iştirak edə, töhfə verə bilər. Bunun üçün heç bir qadağa yoxdur, əksinə təşəbbüslər alqışlanır. Yetər ki, hamı gəlib bu mitinqlərin təşkilatçısı və iştirakçısı olsun, özü ilə mitinqə dostlarını gətirsin. Xüsusi dəvət gözləyənlər bilsin ki, özünü xalqın yanında hesab edən hər kəs mitinqə dəvətlidir. Bu mitinq xalqındır, həm də sizindir”.

Xəbər 3059 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +