Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


02.04.2018  19:17 

Bakıda 8 nepallı saxlanıldı





A+  A-

Dövlət Miqrasiya Xidməti tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı daha 8 nəfər Nepal vətəndaşı saxlanılıb.
XəzərNews.az xəbər verir ki, xidmətin yaydığı məlumata görə, araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Nepal vətəndaşlarına öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq əmək haqqı olan iş vəd edilib, aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miqranta çevriliblər. Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb.

Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Kamerun vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbaycanda tələbə olduğu müəyyən edilib. Belə ki, L.T.Meshi Christelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq o, ölkə ərazisini tərk etməkdən boyun qaçırıb.

Qeyd olunan əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Xəbər 3079 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +