Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


01.03.2018  15:12 

Azərbaycanda çayın istiqaməti dəyişdirildi





A+  A-

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində bəzi evlərdə yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlərə başlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu rayon icra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, məcrasından çıxan Ağsuçayın bəndlərə tərəf axınının qarşısı alınıb: "Çayın evlər istiqamətindəki bəndlərini su yumuşdu. Bu da evlər üçün real təhlükəyə çevrilmişdi. Hadisə yerinə ağır texnikalar cəlb edildi və suyun bəndlərə tərəf axınının qarşısı alındı və çay başqa istiqamətə axır. Artıq həmin istiqamətə axın yoxdur. Artıq çayın məcrası dəyişdirildiyindən təhlükə də ciddi deyil".

İ. Mikayılov deyib ki, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti hadisə yerinə baxış keçirib və yaxın günlərdə çayın yenidən bəndlənməsinə başlanacaq.

Qeyd edək ki, son vaxtlar yağan yağışlar nəticəsində Ağsuçay Ağsu rayonu ərazisindən keçən hissəsində məcrasından çıxıb və bəndləri yuyub, nəticədə çay kənarında yerləşən evlərə təhlükə yaradıb.

Xəbər 3156 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +