Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


13.02.2018  13:46 

İkili vətəndaşlığı gizlədənləri yüksək cərimə gözləyir





A+  A-

“Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə, ölkəmizdə ikili vətəndaşlıq yolverilməzdir. Amma bəzi hallarda Azərbaycan vətəndaşı olan şəxslərin xarici ölkə vətəndaşlığını qəbul etdiyi müşahidə edilir.
Həmin hallar qanunla necə tənzimlənir?

XəzərNews.az bildirir ki, Modern.az-ın məsələ ilə bağlı suallarını hüquqşünas, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev cavablandırıb. Hüquqşünas deyib ki, “Azərbaycan vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə görə, Azərbaycan öz vətəndaşının başqa ölkənin vətəndaşı olmasını tanımır.

Ə.Nuriyev məsələdə istisna halların olduğunu da vurğulayıb:

“Yalnız ölkə rəhbərinin fərmanı ilə xarici ölkənin vətəndaşı olan nüfuzlu ictimai, mədəniyyət xadimi Azərbaycan vətəndaşlığına qəbul edə bilər. Eyni zamanda, Azərbaycan hökuməti ilə başqa dövlətlərin hökumətləri arasında ikili vətəndaşlığı olan şəxslərin vətəndaşlığının ixtisara salınmasına dair razılıq olmadığı üçün, Azərbaycan vətəndaşı olan şəxs başqa dövlətin vətəndaşlığını qəbul edə bilir”.

Hüquq müdafiəçisi bildirib ki, əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkənin vətəndaşlığını qəbul edibsə, müvafiq dövlət orqanlarını bu barədə məlumatlandırmalıdır:

“Müvafiq icra hakimiyyəti qismində Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi nəzərdə tutulur. Onlar başqa ölkənin vətəndaşlığını qəbul edərkən, mütləq şəkildə bir ay ərzində Dövlət Miqrasiya Xidmətinə və Xarici İşlər Nazirliyinin müvafiq qurumlarına-səfirliklərə, konsulluqlara məlumat verməlidirlər. Əgər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı tərəfindən bu barədə müvafiq qaydada məlumat verilmirsə, bu, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə uyğun olaraq məsuliyyət yaradır. Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs Azərbaycan Respublikası vətəndaşı tərəfindən müvafiq İcra Hakimiyyəti orqanına 1 ay müddətinə yazılı məlumat verilməməsi hallarında 3 min manatdan 5 min manatadək cərimə, yaxud 360 saatdan 480 saatadək ictimai işlə cəzalandırılır”.

Hüquqşünas qeyd edib ki, başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxsin Azərbaycan vətəndaşlığı itirilir:

“O, yenidən vətəndaşlığa qəbul edilməsi üçün ümumi qaydada müraciət etməlidir. Müraciətə Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Komissiyası tərəfindən baxılır. Əgər müsbət mülahizə olarsa, şəxsin yenidən Azərbaycan vətəndaşlığına qəbulu baş verir”.

Xəbər 3037 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +