Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


10.10.2017  15:07 

Ötən ay evlənmək istəyən 7 nəfərdə QİÇS tapıldı





A+  A-

Bu ilin sentyabr ayında nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklər açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, ötən ay nikaha daxil olmaq istəyən 8 843 nəfər tibbi müayinədən keçib.

Z. Əlimirzəyeva qeyd edib ki, 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, ümumilikdə ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər 333 401 nəfər müayinədən keçib: “Bu dövr ərzində müayinədən keçənlərdən 23 352 talassemiya daşıyıcılığı, 1 262 nəfərdə sifilis, 247 nəfərdə isə QİÇS aşkarlanıb. 122 cütlüyün hər ikisində isə talassemiya daşıyıcısı olub”.

İnstitut direktoru əlavə edib ki, 2017-ci ilin 9 ayı ərzində 105 107 nəfər tibbi müayinədən keçib: “Onlardan 32 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı, 13169 nəfərdə talassemiya daşıyıcılığı, 378 nəfərdə sifilis, 84 nəfərdə isə QİÇS xəstəliyi aşkar edilib”.



Xəbər 3024 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +