Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?


10.10.2017  12:28 

Prezidentin çağırışından sonra hansı addım atılacaq?





A+  A-

Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkədə sənaye zonalarının yaradılması üçün sahibkarları fəal olmağa çağırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkə başçısı çıxışında vurğulayıb ki, sahibkarlar bunun üçün təkliflər verməli, bazarın düzgün monitorinqini aparmalıdır:“Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir”.

Sahibkarların sənaye zonalarının yaradılmasında maraqlı olmamasının səbəbləri barədə “Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev qeyd edib ki, Azərbaycanda sənayə zonaları yaradılıb, ancaq sahibkarlarda bu sahəyə elə də inam yoxdur: “Çünki hələ də normal şəkildə fəaliyyət göstərmirlər. Ancaq sənaye parklarının yaradılması gözəl perspektivdir. Sahibkara öz məhsulunu dünya bazarlarına çıxartmağa imkan verir.

Sahibkarın bu gün dünya bazarlarına məhsul çıxarması çox çətin məsələdir. Bununla əlaqədar olaraq cənab prezident özü də məsələ qoyur ki, onlar bununla bağlı müraciət edib təkliflər versinlər. Təkcə məhsulun yığılması ilə məsələ bitmir. Onun qablaşdırılması prosesi standartlara uyğun olmalıdır. Qablaşdırma materiallarının hardan alınması üçün birgə iş olmalıdır. İşin qurulması üçün gübrə, texnika kimi vasitələr lazımdır. Bunun üçün sənaye parkları sahibklarlara kömək edə bilər.

O cümlədən hansısa bankdan kredit almaq lazım gələrsə, sənaye zonaları bu məsələdə köməklik edə bilər. Cənab prezident özü də dedi ki, 9 ayda kənd təsərrüfatı sahəsi 2, 8 faiz artım verib. Bu artıq inkişafdır”.

Azərbaycanda torpaq fondunun məhdud olmasına gəlincə isə, deputat bildirib ki, ölkədə 8 milyon hektar torpaq sahəsi var: “Onun 4 milyon hektarı əkinə yararlı hesab olunur. Ondan isə 1 milyon 600 min kv.km hazırda əkilən torpaqlardır. Onun yarısında taxıl, buğda qalanında isə digər məhsullar əkilir.

Mən də hesab edirəm ki, bizdə torpaq sahəsi azdır. Olanların da bir hissəsi şorandır. Burada meliorasiya və irriqasiya işləri aparılmalıdır. Əkin sahəsini nə qədər artırsaq, bizə o qədər xeyirdir. Həm də nəzərə alaq ki, torpağı ömür boyu da əkmək olmur. Bir neçə ildən sonra o dincə qoyulmalıdır. Burada əsas məqsəd məhsuldarlıqdan gedir. Bir var ki 1 hektardan 25-30 sentner taxıl yığasan, bir də var ki 85-100 sentner.

Avropa ölkələrində bu rəqəm orta hesabla 85 sentinerdir. Ancaq bizdə bu rəqəm 32 sentner, ən yaxşı halda isə 55 sentnerdir. Əgər məhsuldarlıq yüksək olarsa, bu bizim ehtiyatımızı da bağlaya bilər”.

Xəbər 2583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +