Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


05.10.2017  10:46 

Məmmədovlar klanı qolf çuxurunda - Federasiyaları dağıldı





A+  A-

Anar Məmmədovun yaratdığı Qolf Federasiyasının baş katibi vəzifəsindən istefa verib, başqa gedənlər də var; sabiq nazirin oğlu haradadır?
Sabiq nəqliyyat naziri Ziya Məmmədov və klanı ətrafında gedən “sökülmə” prosesi ilə bağlı xəbərlər son günlər intensivləşib. Z.Məmmədovun əmlakının əlindən alınması xəbərlərinin ardından sabiq nazirin oğlunun bir vaxtlar rəhbərlik etdiyi Qolf Federasiyasının da dağılması barədə məlumatlar yayılıb. Unikal.org saytı xəbər verib ki, Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib.

Nigar Süleymanova vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsə də, bu sözlərlə kifayətlənməli olub: “Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm”.

Bildirilir ki, federasiyada uzun müddətdir maaş ala bilməyən işçi heyəti qurumu tərk etməyə qərar verib. Federasiyanın təlimçisi Emin Zeynalov da bir neçə ay əvvəl qurumdan ayrıldığını açıqlayıb.

N. Süleymanova Qolf Federasiyasından əvvəl ölkənin ən iri hotellərindən birində satış meneceri işləyib. Federasiyanın formalaşmasında onun böyük rolu olduğu deyilir. Belə ki, o, qolfun heç bir maraq kəsb etmədiyi Azərbaycanda bu idman növü üzrə komanda toplamağa nail olub.
Anar Məmmədovun zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşi olduğunu ölkə ictimaiyyəti 2010-ci ildə öyrəndi. Məlum oldu ki, reputasiyası heç də yaxşı olmayan o vaxtkı nazir oğlu, sən demə, bu idman növü ilə məşğul olur və hətta Azərbaycanda təbliğatında xüsusi fəallıq göstərir.

2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçdi və nazir oğlu bu federasiyanın prezidenti seçildi. Çox keçmədən Məmmədovlar klanının Qubadakı “Rixos Quba” hotelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradıldı. Akademiyası və bazası açıldı.

2014-cü ilin yayında Qolf Federasiyası və "European Tour"un təşkilatçılığı ilə Qubadaı beynəlxalq "Challenge Tour" yarışması keçirildi. Turnirin qalibi almaniyalı qolfçu Morits Lampert oldu. A. Məmmədov turnirin kuboku və mükafatını (deyəsən, avtomobil idi) qalib qolfçuya təqdim etmişdi.

Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınmışdı ki, bu da o vaxt A.Məmmədovu xeyli sevindirmişdi. Nazir oğlu Azərbaycan idmançılarının bu yarışlarda iştirak etməsini çox arzulayırdı.

A.Məmmədov hazırda Londonda yaşayır. Bəzi iddialara görə, onun Bakıya gəlməsi barədə yasaq var. İndiki kənd təsərrüfatı naziri Heydər Əsədovun kürəkəni olan A.Məmmədovun bəzi biznes strukturları kimi qolf çubuğu da, meydançası da çoxdan əldən çıxmışdı. İndi isə təkcə biznes şəbəkələri də deyil, bu federasiyanın yeni sahibi olmalıdır ki, hazırda buna hazırlıq gedir. Amma qolf Məmmədovlara düşərli olmadığından, kimin federasiyaya sahiblik edəcəyi maraq doğurur.

(musavat.com)

Xəbər 3723 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +