Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


22.09.2017  10:26 

Lider TV müflis olub?





A+  A-

Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.
Kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün “Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxlayıb. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”.

“Qafqazinfo” kanalın PR meneceri ilə əlaqə saxlasa da, onun telefonuna zəng çatmayıb.

Xəbər 3013 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +