Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular


21.09.2017  13:25 

İdmançımız dünya çempionu oldu





A+  A-

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start götürüb.
XəzərNews.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Yığmamızın üzvləri yarış gününü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq) qazandırıb. Sərbəst güləşçimiz finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) həlledici görüşdə iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Coşqun Əzimov (70 kq) da bürünc medal qazanıb. Həlledici görüşdə o, polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edib.

Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) isə gümüş medalla kifayətlənib.

Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.



Xəbər 3248 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +