Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


07.09.2017  18:04 

Bakıda ağır yol qəzasında yaralananların adları məlum oldu - Yenilənib





A+  A-

Bakıda ağır yol qəzası baş verib.
XəzərNews.az SalamNews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

Qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Bakıda Salyan şosesində baş verən ağır yol qəzasında xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralıların 3-ü də kişidir və bir nəfərin vəziyyəti ağırdır.

Xəsarət alanlar -1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğludur.

Yaralılardan Mahir Məmmədov ağır kəllə beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Onun öncədən qəza nəticəsində öldüyü haqda xəbər yayılsa da, xəsarət aldığı məlum olub.

Xəbər 2970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +