Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


06.09.2017  11:34 

Azərbaycanda kütləvi xəbərdarlıq mesajları yayıldı - TƏŞVİŞ





A+  A-

Ötən gün axşam saatlarında bir çox abunəçilərin mobil telefonlarına, sosial şəbəkə ünvanlarına planetdə yüksək radiasiya olacağı ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
XəzərNews.az xəbər verir ki, mesajda qeyd olunur ki, radiasiya ilə əlaqədar kosmik şüalar Yer planetinə yaxınlaşacaq. Buna görə də abunəçilər mobil telefonları söndürməlidir. Əks halda, şüalar insan orqanizminə ciddi zərər vura bilər.

“Qafqazinfo” məsələni araşdırmaq üçün Radiasiya Problemləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitun elmi katibi Musa Nuriyev bildirib ki, bir neçə gün əvvəl Günəşdə maqnit qasırğasının olacağı ilə bağlı məlumat yayılmışdı: “Bu qasırğa artıq iki gün əvvəl baş verib. İndi də onun gücü yavaşlaya-yavaşlaya gedir.

Ancaq fon yüksəlməsi bizim bildiyimiz radiasiya deyil. Bu Günəş radiasiyasıdır. Maqnit qasırğası həkimlərin də dediyi kimi ürəyində problemlər olan insanların səhhətinə müəyyən qədər təsir edə bilər.

Bunun üçün mobil telefonları söndürməyə ehtiyac yoxdur. İnsanlar narahat olmasın. Əgər ciddi məsələ olsaydı, başqa qurumlar buna qoşulardı. Belə şeylərdən qorxmaq lazım deyil. Bunlar dedi-qodu şəklində yayılan söz-söhbətlərdir”.


Xəbər 2950 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +