Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


25.07.2017  10:52 

Füzulidə daha bir YENİLİK – Fotolar





A+  A-

İnsan amili ekoloji təmizlikdən, ətraf mühitin qorunmasından çox asılıdır. Son illər Füzuli rayonunun işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərində həyata keçirilən təmizlik, səliqə-səhman, abadlıq-quruculuq işləri də məhz bu məqsədə xidmət edir.
XəzərNews.az xəbər verir ki, rayonda bu yöndə həyata keçirilən işlər kənd və qəsəbələrin daha da gözəlləşməsinə, sosial infrastrukturların müasirləşdirilməsinə imkan yaradır. Horadiz şəhərində və digər yaşayış məntəqələrində əkilən minlərlə ağac və gül kolları, həyata keçirilən təmizlik, abadlıq-quruculuq işləri bu yerlərin ümumi görkəmini son dərəcə dəyişib, artıq bu yerlərə gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin ən əsası isə təmizliyin şahidi olurlar. Xüsusi ilə son 6 ildə rayon ərazisində, magistral və kəndarası avtomobil yollarının kənarlarında əkilən on minlərlə ağaclar, salınan park və xiyabanlar rayonun ekoloji təmizliyinə böyük fayda verməkdədir.
Son 6 il ərzində rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə on minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilib. Son 6 il ərzində rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.
Füzulililər Prezident İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsini daim diqqət mərkəzində saxlayırlar.
Rayonda təbiətin ağ ciyərləri hesab olunan yaşıllıq zolaqlarının genişləndirilməsi, park və xiyabanların salınması, yeni ağac və gül kollarının əkilməsi işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.




Xəbər 3336 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +