DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?
Azərbaycanlılara hücum var, onları gizlədin - Çeçenlərə çağırış
Kazino oyunlarının təşkili üçün hüquqi əsas yaradılır


21.06.2017  15:16 

Adı məmurla hallanan Məleykə Əsədova 30 illik gizlinləri açdı





A+  A-

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə bağlı sensasion açıqlamalar verib: “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər”.
XəzərNews.az xəbər verir ki, xalq artisti Məleykə Əsədova Yenicag.az-a açıqlamasında yazılanları şər-böhtan adlandırıb:

“Bu yazı başdan-başa şər-böhtandır. Üç il əvvəl yazılan şər-böhtanı yenidən gündəmə gətirməklə məqsədləri nədir, anlamıram. Bunun arxasında kimlər dayanır, məhkəmə qarşısında cavab verəcəklər. Aydın Bəşirovla şəxsi tanışlığım yoxdur, onun heç bir tədbirində iştirak etməmişəm. Onun “Yaxt klub”una bir dəfə də olsun ayağım dəyməyib. Mən aktrisayam. Şeir deməyimdən də çox adamın xoşu gələ bilər, bunu şişirtməsinlər. Qaldı ki, onun mənə ev hədiyyə etməsinə, böhtandır. 1988-ci ildə “Baksovet”də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pula almışam. Bir mənzildə (“uplotneniye”) iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradici insan kimi o evi mənə verdilər. O evi də satıb, indiki evimi tikmişəm. İndiyə qədər mənə şər atanları Allaha tapşırırdım, bundan sonra onlar məhkəmə qarşısında cavab verəcəklər”.

Xəbər 3207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +