Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular


16.06.2017  15:54 

Məktəbli formalarının qiyməti qalxa bilər





A+  A-

Dolların məzənnəsi manata nisbətən bahalaşarsa, məktəbli formalarının qiymətində artım ola bilər.
XəzərNews.az xəbər verir ki, bunu AzVision.az-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, hələlik məktəbli formalarının qiymətlərində dəyişiklik gözlənilmir.

“Biz parçaları Türkiyədən dollarla alırıq. Həmin parçalar yüksək keyfiyyətlidir. Hələlik manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Əgər dollar yenidən bahalaşsa, məcbur qalıb qiymət artımına gedə bilərik”.

Qeyd edək ki, keçən il BTE tikdiyi məktəbli formalarının qiymətini 8,5 faiz bahalaşdırmışdı. Aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün 32 ölçüdən 54 ölçüyədək məktəbli forması dəstinin qiyməti 43 manatdan 46 manatadək artırılmışdı.

Xəbər 2839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +