Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


14.06.2017  10:07 

Məktəblərdə təhlükəsizliyə nəzarət gücləndirildi





A+  A-

Bu gün orta ümumtəhsil məktəblərində 2016/2017-ci tədris ili başa çatır. Bu münasibətlə də məktəbi bitirən məzunlar üçün “Son zəng” çalınır. Kütləvi tədbirlər zamanı asayişin təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi gücləndirilmiş rejimdə çalışır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev məlumat verib.

O qeyd edib ki, bütün ortamə ktəblərdə təhlükəsillik tədbirləri görülüb: “Ərazidə xidmət edən əməkdaşların sayı artırılıb”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, ölkə üzrə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yollarda təkcə nəqliyyatın yox, piyadaların da hərəkəti intensivləşib:

“Ona görə də ərazi üzrə xidmət aparan əməkdaşlarımız nəzarəti gücləndirib”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da yol polisinin gücləndirilmiş rejimdə çalışacağını bildirib. O, həmçinin bu gün orta məktəbi bitirən məzunların valideynlərinə müraciət edib:

“Təhlükəsizliyin təmin olunmasında yalnız yol polisləri deyil, valideynlər də diqqətini artırmalıdırlar. Çünki məktəbyaşlı uşaqlara avtomobil idarə etməyə etibar edilməsinə görə, məsuliyyət nəzərdə tutulub. Təhlükəsizliyin təmin edilməsi üçün hər kəs diqqətli olmalıdır.
Bu gün Bakı şəhərində “Son zəng” tədbirlərinin keçirilməsilə bağlı bütün orta məktəblər nəzarətə götürülüb, azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq".

(modern.az)

Xəbər 3209 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +