Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


06.06.2017  11:05 

İcra başçısı ilə sahibkar arasında torpaq qalmaqalı





A+  A-

İmişli rayon Sərxanlı kənd sakini Elxan Tarverdiyev sözügedən rayonun icra başçısı Vilyam Hacıyevdən şikayətçidir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, icra başçısı ona məxsus olan 70 hektar torpağın 45 hektarını əlindən alaraq pambıq əkdirib: “Mən 2005- ci ildən həmin torpaqdan istifadə edirəm. Mal-qara təsərrüfatı ilə məşğulam. 2015- ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 3 illik müddətə 15 min manat kredit götürmüşəm. Ayda 900 manat borc ödəyirəm. Həmin fermanının tikilməsi üçün bu günə qardaşlarımla birgə 100 min manat pul xərcləmişik. Qalan 25 hektar torpaqda mal-qara saxlamaq mümkün deyil. 2017- ci ildə Nazirlər Kabinetinin qərarında göstərilir ki, istifadədə olan torpaq dövlət ehtiyacına görə alınırsa, sahibkara dəyən ziyan ödənilməlidir, ya da o başqa torpaq sahəsi ilə təmin edilməlidir. Torpaq dövlətə məxsusdur, ancaq icarə müqaviləsi ilə 2020- ci ilə qədər mənim icarəmdədir.

İcra başçısı ilə qəbulda mənə deyib ki, sənə başqa torpaq sahəsi verəcəm. Başqa torpaq sahəsini hardasa bir boş ərazidən verəcək. O mənim nəyimə lazımdır? Bura çəkdiyim 100 minlərlə manat pul və hazırda ödədiyim kreditin taleyi necə olacaq?”.

Sözügedən şikayətlə bağlı sayt İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə əlaqə saxlayıb. O, bildirib ki, baş nazirin qərarı ilə İmişlidə 125 mülkiyyətçinin torpağının təyinatı dəyişdirilərək “Gilan Holdinq”ə pambıq əkilməsi üçün verilib: “Həmin sahibkar dəymiş ziyanın ödənilməsini istəyirsə, bilməlidir ki, həmin torpaq dövlətindir. Dövlət mülkiyyətində olan torpağı necə özününküləşdirə bilər? Vətəndaşların hamısına torpaq islahatları aparılanda torpaqlar verilib. Onlar bu torpaqlarda pambıq deyil, taxıl, yonca əkirlər, ya da mal-qara təsərrüfatı ilə məşğul olurlar. Əgər təyinat dəyişdirilibsə, buna mən nə edə bilərəm? “Dövlət torpaqları haqqında” qanuna əsasən əgər torpaq dövlət ehtiyacı üçün lazım olarsa, o zaman həmin torpaqlar vətəndaşdan qeyri-şərtsiz olaraq alınır. Əgər onun şikayəti varsa, mülki qaydada məhkəməyə müraciət etsin”.

Xəbər 3507 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +