Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


17.05.2017  18:54 

Taksilər sarı zolağa necə girir? - Rəsmi açıqlama





A+  A-

Bildiyimiz kimi, paytaxtda İslam Oyunlarının keçirilməsi ilə bağlı yollara sarı zolaqlar çəkilib. Həmin zolaqlara giriş qadağan olunub, qaydanı pozan sürücülər isə 40 manat məbləğində cərimə edilir.
Ancaq şəhərdə həmin zolaqla hərəkət edən taksilər də var. Jurnalist Tural Yusifov bununla bağlı video çəkərək sosial şəbəkədə paylaşıb. Bunun nə dərəcədə qanunauyğun olub olmaması ilə maraqlanıb.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovla əlaqə saxlayıb. O, qeyd edib ki, IV İslam Oyunlarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən konkret təyin edilmiş nəqliyyat vasitələri var: “Həmin nəqliyyat vasitələrinin içində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də ola bilər. Bu, o deməkdir ki, Təşkilat Komitəsi sərnişindaşıma ilə məşğul olan hüquqi və ya fiziki şəxslərlə də müqavilə bağlayır. Tədbirlərin keçirilməsi zamanı həmin nəqliyyat vasitələrindən istifadə edə bilər. Onların sarı zolağa girməsi qanunsuzluq deyil. Həmin maşınların xüsusi işarələri var. Belə ki, taksi fəaliyyəti ilə məşğul olanların idarə etdikləri avtomobillərin həm arxasında, həm də qabağında xüsusi nömrələr. Bu da o deməkdir ki, onlar həmin zolaqda hərəkət edə bilərlər”.

V. Əsədov həmçinin əlavə edib ki, taksi fəaliyyəti ilə məşğul olub qanunsuz olaraq zolağa daxil olan 1000-ə yaxın avtomobil sürücüsü məsuliyyətə cəlb edilib.


Xəbər 2650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +