Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


11.05.2017  15:32 

Xəstəlik aşkarlanan cütlüklər arasında nikahdan imtina edənlər var





A+  A-

“Aprel ayında nikaha daxil olmaq istəyən 9 min 653 nəfər icbari tibbi müayinədən keçib. Onlardan 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə QİÇS aşkar edilib. Ərizə verən üç cütlüyün hər ikisində talessimiya daşıcılığı müəyyən olunub”.
Bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, 2017-ci il başlayandan 10 cütlükdə talessimiya daşıyıcılığı aşkar olunub:
“Bu cütlüklərdən yalnız biri nikahdan imtina edib. Digər 9 cütlük ailə qurub, amma hələlik heç birində hamiləlik yoxdur”.
Z.Əlimirzəyevanın sözlərinə görə, bu ilin 4 ayı ərzində 39 880 nəfər icbari tibbi müayinədən keçib. 1333 nəfərdə talessimiya daşıyıcılığı, 176 siflis, 28 nəfərdə QİÇS aşkarlanıb”.

Nikaha daxil olmaq üçün müayinədən keçən şəxslərin yaş aralığına gəlincə, direktor belə bir statistika aparılmadığını qeyd edib:
“Əksəriyyəti gənclərdir. Onu da bildirim ki, evləndikdən sonra nikaha son qoyan cütlüklər də var”.

Zöhrə Əlimirzəyeva deyib ki, 2015-ci il iyunun 1-dən bu ilin aprel ayının sonunadək 268 min 174 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi keçirilib: “11 min 516 nəfərdə talassemiya daşıyıcılığı, 1060 nəfərdə sifilis, 191 nəfərdə isə QİÇS aşkar edilib. 2 il müddətində bu rəqəmi böyük hesab etmək olmaz. Bu müddət ərzində 100 cütlükdə isə talassemiya daşıyıcılığı aşkarlanıb, 7 cütlük evlənməkdən imtina edib. Qalan 93 cütlük ilə isə nəzarətdə saxlanılır.
28 cütlükdə artıq perinetal müayinə aparılıb. 5 uşaqda xəstəlik aşkarlanıb və abort olunub. Daşıyıcı və sağlam uşaqlar isə doğulublar. Bu iki il müddətdə talassemiya daşıyıcılığı olan qadınlardan ikinci dəfə hamilə olanlar var”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

(modern.az)

Xəbər 2976 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +