Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


08.05.2017  20:28 

73 il sonra cəsədi tapıldı





A+  A-

Böyük Vətən Müharibəsində itkin düşən salyanlının cəsədi 73 ildən sonra aşkar edilib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, Salyan rayonunun Xələc kəndində yaşayan Əliyevlər ailəsi uzun illər müharibədə itkin düşmüş İbrahim Fərzalı oğlu Əliyevin sorağında olub və bununla bağlı bir çox yerlərə müraciət etsələr də onun sağ və ya ölü olmasından xəbər tuta bilməyiblər. Ailə üzvləri uzun illər onun yolunu gözləyiblər.

Bir neçə gün əvvəl Bakı şəhər sakini Qasım Əliyev mətbuatda Böyük Vətən müharibəsində alman faşistləri tərəfindən qətlə yetirilmiş sovet əsgərlərinə məxsus Krımın Armyansk şəhəri ətrafında kütləvi məzarlıq aşkar edildiyini, cəsəddlərdən birinin Salyan rayonundan olduğunu və ailəsinin axtarıldığını oxuyub.
Məzarlıqda oan 500-dən 1000 nəfərədək insan cəsədindən yalnız 22-nin boynundan asılmış patronun içərisindəki ad və soyadları yazılmış kağızdan tanımaq mümkün olub.

Bunlardan 3 nəfəri azərbaycanlı, o cümlədən İbrahim Fərzalı oğlu Əliyevin olduğu məlum olur.
O, Əliyevlər ailəsinin məlumatı olsun deyə, bu barədə Şirvan və Salyan Rayon İcra hakimiyyətlərinə rəsmi müraciət edib.

Əliyevlər ailəsi məlumatı dəqiqləşdirmək üçün Krımda axtarışa rəhbərlik edən İqor Vladimiroviç Rıjkovla əlaqə saxlayıb və o, bunu təsdiqləyib.

Qəhrəmanın nəvəsi Osman Əliyev bildirib ki, 1912-ci ildə Əli Bayramlının Xələc kəndində (1963-cü ilə kimi Xələc kəndi Əli Bayramlı şəhərinin tərkibində olub) doğulan babası müharibəyə kimi kolxozda mühasibatlıqda çalışıb. 1941-ci ilin iyununda cəbhəyə yola düşüb və 43-cü ilin əvəlində qıçından yaralanıb. Evə buraxılan İbrahim Əliyev bir müddət müalicə alıb sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb. 1944-cü ilin aprelində isə itkin düşməsi ilə bağlı ailəsinə məlumat verilib.

Bu ilin iyununda isə İbrahim Əliyevin nəşi Krımda yeni yaradılacaq qardaşlıq məzarına köçürüləcək. Ailə üzvlərinin də Krıma dəvət olunacağı gözlənilir.

Xəbər 2876 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +