Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı


07.05.2017  17:46 

Papa azərbaycanlı gömrük zabitini keşiş təyin etdi





A+  A-

Roma Papası Fransısk bu gün 10 keşiş təyin edib, onlardan biri Azərbaycandandır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Vatikanın "Katolik xəbərləri agentliyi" məlumat yayıb.

Məlumata görə, Roma Papası yeni təyin edilən keşişləri "hər şeydə İsaya oxşamağa, ikiüzlülükdən çəkinməyə və insanlara İsa kimi sevgi və rəğbətlə xidmət etməyə çağırıb”.

Nəşr qeyd edir ki, təyin edilən keşişlər əslən İtaliya, Meksika, Peru və Azərbaycandandırlar.

Papa Fransısk öz xütbəsini bu sözlərlə qurtarıb: "Sizin qarşınızda həmişə Xeyirxah Keşişin nümunəsi dayanmalıdır, hansı ki, xidmət etmək üçün gəlmişdi, onun üçün yox ki, ona xidmət etsinlər".

Qeyd edək ki, B. Mustafayev pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunub.

B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

Xəbər 3455 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +