Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


26.03.2017  14:25 

Süpürgəçi qadının faciəvi ölümü





A+  A-

Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

***

Masallı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, süöürgəçi qadını saat 05 radələrində Masallı rayonunda "QazEl" markalı yük maşınının vurub. O, Şuşa rayonundan məcburi köçkün, 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı olub. Sübh saatlarında yolda təmizlik işləri apararkən yük maşınının altında qalıb.

Bildirilir ki, hadisə vaxtı yolda qatı duman olub.

Xəbər 2996 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +