Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


19.03.2017  13:52 

Trampın başlada biləcəyi 3 müharibə





A+  A-

Donald Tramp və Angela Merkel arasında baş tutan görüş ictimaiyyətin diqqətini özünə cəlb edib. Bu görüşlə bağlı Almaniyanın "Die Zelt" qəzetinin analitik bölməsi geniş təhlil yazısı yazıb.
XəzərNews.az modern.az-a istinadən yazının mətnini təqdim edir.

"Keçən əsrdən başlayaraq bütün ABŞ prezidentləri müharibə aparıb. Çətin ki, Tramp bu məsələdə istisna təşkil etsin. Əskinə, prezidentliyinin əvvəllərindən başlayaraq Tramp özünü ABŞ-ı qələbələrə aparacaq rəhbər kimi təqdim etdi. 2 həftə öncə Tramp ABŞ-ın yenidən dünyanın hegemonu olacağını dedi: "Mən hələ kollecdə oxuyarkən hamı ABŞ-ın heç bir müharibədə məğlub olmadığını deyirdi. Amma artıq biz o, müharibələri udmuruq. Biz müharibələri udmalıyıq".

"Amma Trampın özü sələflərinin Yaxın Şərqdə uduzulan hərbi kampaniyalarını uyğun məqamlarda tənqid etmirdi mi? Onun yeni müharibə çağırışı nə deməkdir?" - deyə jurnalist sual verir.

"Bu həftə Tramp öz hərbi ambisiyalarını büdcə vəsaitlərinin bölüşdürülməsi zamanı ortaya qoydu. Hərbi xərclər 10% artırılmalıdır. Bu vəsait yeni tankların, aviadaşıyıcıların və nüvə bombalarının hazırlanmasına sərf olunacaq Eyni zamanda, beynəlxalq təşkilatların, diplomatların, iqlim müdafiəçilərinin və inkişaf proqramlarına nəzərdə tutulan xərclər 40% azaldılacaq" - deyə məqalədə deyilir.

Cümə günü Almaniya kansleri və ABŞ prezidenti Donald Tramp görüşdü. "İki lider transatlantik münasibətləri yoluna qoymağa çalışırdı. Xüsusən, federal hökumətin Almaniyanın hərbi xərclərini artırması Trampın NATO-nun ünvaına bir nüeçə xoş söz deməsi ilə nəticələndi. Tramp üçün döyüşləri udacaq ordudan söhbət gedir. Ən bahalı silahlar ölkənin hərbi prestijinin yüksəlməsinə xidmət edir. Güc hakimiyyət, hakimiyyət isə qələbə deməkdir. Əksər generallar həll olunmamış siyasi münaqişələrin həllini yalnız güc yolu ilə müdaxilədə görürlər".

Hərbi münaqişələrin mahiyəti də dəyişib. Əvvəllər müharibə iki ölkə arasında gedirdisə, indi xüsusi əməliyyatlar, dronlar köməyi ilə dəqiq zərbələr və s. fazalardan ibarət olub. Amma Tramp da bir məsələdə yanılır. O, kollecdə oxuduğu zaman Vyetnamda müharibə gedirdi və sonda kapitulasiya etməyən vyetnamlı partizanların yerinə ABŞ qoşunları döyüş meydanını tərk etdilər".

"Assimetrik müharibə dünya güclərinin kiçik dövlətlərə məğlub olduğu bir çox nümunələrlə zəngindir. ABŞ bu təcrübəni Əfqanıstanda, ABŞ isə 2003-cü ildə İraqda almışdı. Yeni formasiyalı müharibələr rəqibi yormağa yönəlib. Suriya müharibəsi İkinci Dünya Müharibəsi davam etdiyi qədər gedir, Əfqanıstan müharibəsi isə daha çox davam edir. Bu konfliktləri hərbi yolla həll etmək mümkün deyil".

Müəllif sonda Henri Kissincerin məşhur sözünü xatırladır.
"Partizanlar məğlub olduqları zaman qalib gəlirlər, ordular isə qalib gəlməyən zaman məğlub olurlar. Trampın qalib gəlmək sözləri 3 konfliktdə özünü göstərə bilər. Bu Şimali Koreyanın nüvə proqramı, İŞİD-lə müharibə və İrandır.



Xəbər 4588 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +