Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


14.03.2017  11:36 

İcma sədrindən AÇIQLAMA: “Ermənilər Azərbaycanda yaşaya bilərlər”





A+  A-

2016-cı ildə bir neçə erməni vətəndaşı Azərbaycanda yaşamaq üçün bura gəlib. Təbii ki, həmin ermənilərin Azərbaycana gəlməsi, ya da hansısa xətt vasitəsilə gətirilməsi birmənalı qarşılanmır.
Həmin erməni vətəndaşları isə ölkələrində vəziyyətin çox acınacaqlı olduğunu deyirlər.

XəzərNews.az xəbər verir ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Modern.az-a açıqlamasında Azərbaycana sığınan ermənilərlə bağlı danışıb. O bildirib ki, Dağlıq Qarabağda əzəldən yaşamış erməni, Azərbaycan vətəndaşıdır.

“Son 8 il ərzində demişəm ki, Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış erməni vətəndaşları Azərbaycan bayrağı altından keçərək xalqımıza, onun Konstitusiyasına, qanunlarına hörmət edib Azərbaycanda, eləcə də Qarabağda yaşaya bilərlər”.

Onun sözlərinə görə, Azərbaycana sığınan ermənilər siyasətçi deyil.

“Həmin ermənilər siyasətlə məşğul deyil. Təbii ki, Bakıya gəlib sığınan erməniləri Ermənistan hakimiyyəti cəzalandıracaq. Yadınızdadırsa,bir müddət əvvəl erməni vətəndaşı ailəsi və uşaqları ilə qaçıb Azərbaycana gəlmişdi. Mətbuat vasitəsilə “Azərbaycanda bizə çox yaxşı baxırlar” demişdi.

Həmin erməni vətəndaşları öz ölkələrinə qayıdanda hakimiyyət tərəfindən cəzalandırılırlar. Həmçinin, torpaqlarımızın təcili azad olunmasını istəyirəm. Düşünürəm ki, o zaman sülhdən danışmaq olar”

Xəbər 3141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +