Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


05.03.2017  16:47 

İcra Hakimiyyətindən şəhid anası ilə bağlı AÇIQLAMA: “Onun problemlərinin həlli üçün ... “





A+  A-

Sabunçu rayon İcra Hakimiyyətinin aprel şəhidlərimizdən olan Əlzamin İslamovun anası Hürnisə Kərimovaya qarşı laqeydliyi ilə bağlı yayımlanan yazılara rəsmi reaksiya verilib.
XəzərNews.az-ın məlumatına görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Avtandil Hüseyn-zadə BakiPost.az-a deyib ki, şəhid anasının problemlərinə icra hakimiyyətinin biganə qalmasıyla bağlı iddiaların heç bir əsası yoxdur:

"Şəhidimizin dəfn olunmasından tutmuş onun anasının məişət qayğılarına kimi bütün məsələlər şəxsən icra başçısı Adil Vəliyevin öz diqqətində olub. O dəfələrlə şəhid anasına baş çəkib, onun problemlərinin həlli üçün tapşırıqlarını verib”.

A.Hüseyn-zadə qeyd edib ki, mərkəzdən xeyli uzaqda tikilməsinə baxmayaraq, şəhid anasının evinin yolu düzəldilib, ora telefon xətti çəkilib və evinin təmirinə başlanılıb:

"Bu müddət ərzində xeyli işlər görülüb. Çalışmışıq ki, şəhid anasının rahat yaşaması üçün lazım olan şərait yaradılsın. Yol, telefon və digər problemlər artıq öz həllini tapıb. Xeyli müddətdir ki, evində təmir işləri aparılır. Bu işlər 15-20 gün müddətinə tamamlanacaq. Mən hər birinizi, dəvət edirəm. Gəlib baxın, şəhid anasına hansı qayğının göstərildiyini, evinin necə təmir olduğunu öz gözlərinizlə görün.

Biz bütün vətəndaşlara xidmət etməliyik, onların firavan yaşamağı üçün çalışmalıyıq, bu, bizim vəzifə borcumuzdur. Şəhid ailələrinə isə xüsusi diqqət göstəririk. Torpaq uğrunda şəhid olan hər bir igidimizin ailəsi bizə əmanətdir”.

Amma şəhidi yaxınları isə İcra Hakimiyyətinin nmayəndələrinin yalan məlumat verdiyini bildirimlər.

Mia.az-ın məlumatına görə, evdə nə telefon xətti, nə təmir var. Əksinə, təmiri yarımçıq qoyublar, sadəcə, divarları qaraldıb gediblər: "Nə də ki, yollar təmir olunub"


Xəbər 4416 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +