Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?
Azərbaycanlılara hücum var, onları gizlədin - Çeçenlərə çağırış


21.02.2017  11:29 

“Aqua Agro”da sensasiya: Çovdarovun kürəkəninin milyonluq biznesi çökdü





A+  A-

Həbsdə olan MTN generalı, sahibkarlara “divan tutmuş” Akif Çovdarovun kürəkəninin milyonluq biznesi çöküb
Odioz generalın qızı Aidanın həyat yoldaşı Rövşən Qasımovun balıqçılıq təsərrüfatı işi müflis olub. Generalın kürəkəni “Aqua Agro” MMC-nin direktorudur.

Qayınatasının həbsindən sonra iş adamı iflas edib və layihəsi batıb. R.Qasımov MTN hadisələrinin baş verəcəyini ağlının ucundan da keçirməyib.
MTN kimi qüdrətli bir strukturda ikinci adam olan Çovdarovun kürəkəni arxayın imiş ki, hər şey istədiyi şəkildə davam edəcək. Amma qəflətən hadisələrin axarı dəyişib və generalın kürəkəni həbsdən yaxasını güclə qurtarıb.

R. Qasımov ifadəsində göstərib ki, “Aqua Agro” MMC-nin direktorudur. Həmin MMC-ni təsis etməkdə məqsəd Abşeron rayonu Masazır qəsəbəsi, Şuşa qaçqın şəhərciyinin arxasında yerləşən “Bəhrə 2010” MMC-yə məxsus istilikxanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaratmaq olub.

Bu məqsədlə Masazır bələdiyyəsindən 99 il müddətinə 2 hektar torpaq sahəsi icarəyə götürüb. “Aqua Agro” MMC 26.09.2013-cü ildə qeydiyyata alındıqdan sonra həmin ərazidə tikintiyə başlayıb və 2015-ci ilin yayında tikintini yekunlaşdırıb.

Lakin qayınatası Akif Çovdarov həbs edildiyindən və sonuncunun kürəkəni kimi kredit almaq üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etməkdən utandığından həmin tikili üçün heç bir avadanlıq ala bilməyib. Həmin tikiliyə təxminən 500-600 min manat arası vəsait sərf edilib.

MTN generalının kürəkəni Fondun rəhbəri Şirzad Abdullayevə müraciət etmiş olsaydı belə ona kredit verilməyəcəkdi.

Buna özü də şübhə etməyib və siyasi hakimiyyətin münasibəti də ortadadır. Nəticədə işləri yarımçıq qalan R.Qasımov zərər edib.

“Aqua Agro” MMC-nin ilk təsisçisi onun xahişi ilə Cəfərov Məmməd İsa oğlu olub. Cəfərov Məmmədi 2000-ci ildən tanıyıb. Onunla uzun müddət şərikli taxta biznesi ilə məşğul olduğundan aralarında partnyorluq münasibətləri yaranıb.

Bu səbəbdən Məmməd Cəfərov onunla “Aqua Agro” MMC-nin balıqçılıq təsərrüfatının tikintisinə şərik olmağa razılıq verib. Həmin tikintiyə sərf edilən vəsaitin təxminən 450 000 manatı Məmməd Cəfərov tərəfindən, qalan hissəsi isə onun tərəfindən ödənilib.

2014-cü ilin dekabr ayının 21-də ölkədə baş verən devalvasiyasından sonra Məmməd Cəfərovun maliyyə vəziyyəti bir qədər çətinləşib və balıqçılıq təsərrüfatının tikintisi işindən çıxmaq qərarına gəlib.

Həmçinin öz qoyduğu vəsaiti qaytarmasını istəyib. O, sonuncunun tikintiyə qoyduğu vəsaiti birdən qaytarmaq imkanında olmadığını bildirib.

Məmməd Cəfərovla onun sərf etdiyi vəsaiti hissə-hissə qaytarmaq barədə razılığa gələrək ilk olaraq Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən ayda 5 vaqon taxta gətirib sataraq ödəmək barədə razılaşıblar.

Lakin taxta alqı-satqısı zəiflədiyindən Məmməd Cəfərov qoyduğu vəsaitin qaytarılmasını tezləşdirməsini xahiş edib. O da bu məqsədlə 2015-ci ilin aprel ayında SKMF-dan kredit götürə bilmək üçün “Aqua Agro” MMC-ni qayınanası Çovdarova İbadət Rza qızının adına keçirib.

Çünki “Bəhrə 2010” MMC də qayınanası İbadət Çovdarovanın adına olub və kredit götürə bilmək üçün kredit mütəxəssislərinə fəaliyyət göstərən şirkət göstərmək lazım gəlib.

Mütəxəssislərin məsləhəti əsasında “Aqua Agro” MMC-nin yerləşdiyi torpaq sahəsi ilk təsisçi Cəfər Məmmədovun adından çıxarılaraq 06.10.2015-ci ildə İbadət Çovdarovanın adına rəsmiləşib.

Məmməd Cəfərovun təxminən 57.000 manatını qaytarıb.Lakin M.Cəfərov bu işdən təmiz çıxsa da, Çovdarovlar ailəsi zərər edib, balıqçılıq təsərrüfatı iflas edib.

(politika.az)

Xəbər 3503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +