Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


21.02.2017  10:26 

Samuxda balıq terroru - Ayda 400 manat rüşvət - Hüseynqulu Bağırov hara baxır? - VİDEO





A+  A-

Samux rayonunda ərazisində Azərbaycanın təbiətinə qarşı əsl soyqırım həyata keçirilir.
“Balıq Tutmaq Qəti Qadağandır” tablosunun arxasında Azərbaycanın balıqçılıq təsərrüfatı talan edilir.

Samux rayonunun ərazisində yerləşən Yenikənd Su Anbarından çəkilən görüntülərdən aydın olur ki, bir neçə ay sonra bu su hövzəsində balıq qalmayacaq. Çünki müvafiq orqan haqqını alıb və balıqçılara heç bir maneə törətmir. Bunu su anbarının ərazisində balıq tutan balıqçılar da təsdiqləyir. Balıqçıların sözlərinə görə, buradan balıq tutmaq üçün ayda 400 manat pul verirlər. Böyük balıqları baha qiymətə satırlar. Ən xırda balıqları rayon sakinləri 50 qəpiyə toyuq-cücə üçün alır.

Balıqçılar “Bu xırda balıqları niyə öldürürsüz?” sualına belə cavab verirlər: “400 manat pul vermişəm. Pulumu çıxarmalıyam”. Müvafiq qurumun himayəsində olduqlarını deyən balıqçılar çox qazanmaq üçün asan yol seçiblər. Onlar böyük torlar qururlar və sudan bir dəfəyə onlarla balıq çıxara bilirlər. Ötən il su anbarının ərazisində balıq tutan rayon sakinləri bu il həmin balıqlardan heç birinə rast gəlmədiklərini və balıqların sayının çox azaldığını deyiblər. Bu məsələyə birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdehlik daşıyır. Balıqçılar isə müvafiq qurumlara haqq verdiklərini açıq etiraf edirlər.

Məsələ ilə bağlı Nazirliyin mövqeyini də təqdim edəcəyik.
(missiya.az)



Xəbər 5221 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +