Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


04.02.2017  15:58 

Vergi orqanlarına imtahanda biabırçılıq - 2889 nəfərdən 2-si qəbul olundu





A+  A-


Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanlarında 2 889 nəfərdən cəmi ikisinin növbəti mərhələyə keçməsinə münasibət bildirib.

XəzərNews.az-ın məlumatına görə, M.Abbaszadə deyib ki, imtahanlarda qeydiyyatdan keçən 2889 nəfərdən 763-ü imtahanda iştirak etməyib: "İmtahanda iştirak edənlərin az sayı müəyyən olunan müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılan təhlil göstərdi ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkiblər”.

"Məsələ ilə əlaqədar müvafiq nazirliyin (Vergilər Nazirliyinin – red.) rəhbərliyi ilə əldə olunan razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə qərara alınıb ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrupun yaradılsın” – deyə Direktorlar Şurasının sədri vurğulayıb.

Xatırladaq ki, yanvarın 28-də DİM Vergilər Nazirliyi ilə birgə "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 2889 namizəd qeydiyyatdan keçsə də, 763 nəfər imtahanda iştirak etməyib. Qeydiyyatdan keçən namizədlərdən yalnız 2 nəfəri (0,07 faizi) növbəti mərhələyə keçib.



Xəbər 3582 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +