Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


03.02.2017  14:44 

"Qarabağ münaqişəsi Azərbaycan və Ermənistanın təhlükəsizliyinə təhdiddir"





A+  A-


"ABŞ və Rusiya arasında heç bir rəsmi əlaqə olmadığından Dağlıq Qarabağ münaqişəsinin mümkün müzakirəsi barədə danışmaq məntiqli deyil".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyaın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillersonun mümkün əməkdaşlığı məsələsini şərh edərkən deyib.

"Təhkəsizlik təhdidlərinin özünü qiymətləndirmək haqqı olan ABŞ-ın mövqeyini şərh etmədən demək istəyirəm ki, münaqişənin özü, əlbəttə ki, ilk növbədə, Ermənistan və Azərbaycanın təhlükəsizlik, sabitlik və gələcək inkişafına birbaşa təhdiddir", - deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında rəsmi əlaqələrin olmaması fonunda Dağlıq Qarabağ probleminin mümkün müzakirəsini şərh etmək məntiqli deyil.

"Gəlin bu əlaqələrin olacağı zamanı gözləyək. Çünki yalnız bundan sonra tərəflər müəyyən məsələləri müzakirə edə bilər", - deyə o, əlavə edib.

(report.az)

 



Xəbər 3163 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +