Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


25.05.2025  13:03 

Ukraynaya edilən raket hücumuna: ZELENSKİDƏN REAKSİYA





A+  A-

"Dünya ictimaiyyətinin bu cür terror hücumlarına səssiz qalması Rusiya rəhbərliyini daha da cəsarətləndirir və müharibəni davam etdirməsinə şərait yaradır".

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat paylaşıb.

O bildirib ki, mayın 25-nə keçən gecə Rusiya ordusu Ukraynanın 30-dan çox şəhər və kəndini hədəf alıb:

"Bu gecə Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində xilasedicilərimiz 30-dan çox yaşayış məntəqəsində çalışıb. Ümumilikdə, 300-ə yaxın kamikadze pilotsuz uçuş aparatı (əsasən "Şahed" dronları) eləcə də 70-dən çox müxtəlif tipli raket buraxılıb. Hücumlar Kiyev və ətrafı, Jitomir, Xmelnitski, Ternopil, Çerniqov, Sumı, Odessa, Poltava, Dnepr, Nikolayev, Xarkov və Çerkassı vilayətlərini əhatə edib. Təəssüf ki, həlak olanlar var, onların arasında uşaqlar da yer alır. Hər kəsə dərin hüznlə başsağlığı verirəm".

Zelenski qeyd edib ki, bu hücumlar Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar üçün əsas yaradır:

“Rusiya müharibəni uzatmaqda davam edir. Dünya istirahət etsə də, müharibə nə şənbə, nə bazar, nə də iş günlərində dayanır. Amerikanın və digər ölkələrin susqunluğu Putini cəsarətləndirir. Bu vəhşiliyi dayandırmağın yeganə yolu Rusiya rəhbərliyinə real və güclü təzyiq göstərməkdir. Yeni sanksiyalar, qətiyyətli qərarlar lazımdır. ABŞ, Avropa və ümumiyyətlə sülh istəyən bütün dövlətlər indiki mərhələdə daha qətiyyətli olmalıdır. Dünya Rusiyanın iqtisadi zəifliklərini bilir. Bu müharibə yalnız Putini raketlər yox, sülh haqqında düşünməyə məcbur etməklə dayandırıla bilər”.

Xəbər 2034 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +