Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


23.04.2025  11:21 

Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib





A+  A-

2025-ci ilin I rübündə “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.7% azalaraq 2 milyon 280 min manat təşkil edib.

Bu ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 23.3% və ya 170.3 milyon manat azalaraq 560.1 milyon manata enib.

Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 447.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 27.9% və ya 173 milyon manat azdır.

İlin üç ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”dan 150 milyon manata yaxın depozit geri çəkilib. Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 16.4% və ya 17.6 milyon manat azalaraq 89.2 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 30.4% və ya 130.1 milyon manat azalaraq 297 milyon 870 min manata enib.

Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 27.6% və ya 147.8 milyon manat manat azalaraq 387.1 milyon manat təşkil edib.

Bank bu müddət ərzində 23% kiçilib./Tribunainfo.az

Xəbər 2505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +