Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


08.04.2025  15:53 

Komitə sədri Səməd Vəkilovu təbrik edib





A+  A-

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilovu 50 illik yubileyi ilə bağlı təbrik edib.

XəzərNews.az xəbər verir ki, komitə sədrinin məktubunda yubilyarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına toxunulub:

"Hörmətli Səməd müəllim,

Sizi – tanınmış ictimai xadimi və hüquqşünası 50 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, həyat və fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Çox şadam ki, yubileyinizi tarixi Zəfərimizin 5-ci ildönümünün, “Böyük Qayıdış” proqramının uğurla icrasının sevinci, qüruru içində, respublikamızda “Konstitusiya və Suverenlik İli”ndə keçirirsiniz. Siz, uzunmüddətli, səmərəli ictimai fəaliyyətinizlə çoxsaylı, təsirli layihələr həyata keçirmiş, vətəndaşlarımızda doğma el-obaya dönüşə inam aşılanması işinə öz töhfələrinizi vermisiniz.

Həqiqi hərbi xidmətinizi 1998-1999-cu illərdə döyüş bölgəsində keçmisiniz.

Siz qeyri-maddi mədəni irsin hüquqi qorunmasına dair bir sıra elmi, publisitik məqalənin, habelə AMEA Rəyasət heyətinin təsdiq etdiyi “Folklor örnəklərinin hüquqi qorunması və milli reyestrin aparılması startegiyası” adlı normativ sənədin müəl­li­fisiniz. İnsan hüquqları və məhkəmələrin monitorinqi sahəsində bir çox layihənin iştirakçısı və rəhbəri olmusunuz.

“Hüquq və mədəniyyət” (2010), “Azərbaycan folklor örnəklərinin hüquqi qo­runması” (2020), “Sədaqət və cəsarət kredosu” (2022), “Qərbi Azərbaycandan de­portasiya: İmirlidə məskunlaşma” (2023), “Etnik təmizləmənin sonuncu mərhələsi (1987-1991): Çalxanqalaya köç” (2024) kitablarının müəllifi, “Çağdaş Azərbaycanda İslam və cəmiyyət” (2009) kitabının həmmüəllifi, “İlham Əliyevin ekoloji siyasəti. Da­yanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin tərtibçisisiniz.

Təcrübəli hüquqşünas kimi, “Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzi”ndə şöbə müdiri, “İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi”ndə icraçı drektor və b. ictimai vəzifələrdə uğurla çalışmısınız. 2008-ci ildən insan hüquqlarının müdafiəsi ilə məşğul olan “Müvəkkil Hüquq Mərkəzi”nin sədri, 2019-cu ildən həmçinin “Vaqif Səmədoğlu Mərkəzi”nin həmtəsisçisi olaraq məhsuldar ictimai fəaliyyətinizi davam etdirirsiniz. Bu yerdə, “Müvəkkil Hüquq Mərkəzi”nin şəhid ailələrinə və qazilərimizə pulsuz hüquqi yardım göstərdiyini minnətdarlıqla vurğulamaq istərdim.

Sizi Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyir, ən xoş arzularımı yetirirəm"!

Xəbər 3992 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +