Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


07.04.2025  17:35 

51 nəfərin diplomu tanınmayıb - Səbəb?





A+  A-

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mart ayı üzrə 273 müraciətçinin 222-si barədə müsbət qərar verərək müvafiq şəhadətnamələr təqdim edib, 51 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

XəzərNews.az TKTA-nə istinadla xəbər verir ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 təhsil forması, 2 dövlət nümunəli olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması, 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 84, Ukrayna 62, Rusiyadan 49, Birləşmiş Krallıq 21, Gürcüstan 14, Macarıstan 11, Belarusdan 4, Polşadan 4, Kanada 3, həmçinin Almaniyadan, Amerika Birləşmiş Ştatları, Estoniya, İtaliya, Koreya, Moldova, Sudan Respublikalarının hər birində 2, İsveçrə Konfederasiyası, Niderland Krallığı, Belçika Krallığı, Fransa, Avstriya, Latviya, Litva Respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat ixtisası üzrə 21, biznesin idarə edilməsi ixtisası üzrə 19, maliyyə ixtisası üzrə 19, menecment ixtisası üzrə 16, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 13 müraciət qeydə alınıb.

Xəbər 3840 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +