Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


04.03.2025  13:46 

Azərbaycanda bu kənd qorxu içində: Sakinlər sərbəst hərəkət edə bilmir - Rəsmi qurumlar isə...





A+  A-

Şamaxı rayonunun Göylər kəndində sahibsiz itlər sakinlərə hücum etməyə başlayıb. Bunun qarşısının alınması üçün isə heç bir tədbir görülmür.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı kənd sakinləri tərəfindən Publika.az-a daxil olan məlumata görə, kənddə təxminən 100-ə yaxın sahibsiz it var. İndiyə qədər itlər bir neçə dəfə sakinlərə, əsasən də uşaqlara hücum edib. İt dişləyən uşaqlardan dördünün vəziyyəti ağırdır. Bildirilir ki, uşaqlar kənddə sərbəst hərəkət edə bilmir, məktəbə getməkdə çətinlik çəkirlər.

Sakinlərin sözlərinə görə, müraciət edilən qurumlar isə sadəcə məsələnin həll olunacağına dair vədlər verirlər. Lakin ortada atılan hər hansı addım yoxdur.

Zərərçəkən uşaqlardan birinin atası, kənd sakini Ziya Allahverdiyev bir neçə quruma şikayət etsə də, bunun heç bir nəticə vermədiyini bildirib:

“Bir neçə sakin ilə birlikdə kənd bələdiyyəsinə, sahə müvəkkilinə, icra nümayəndəsinə və onun müavini Etibar bəyə məlumat vermişik. Bizə tədbir görüləcəyinə dair vədlər verilib. Lakin hələlik heç bir nəticə yoxdur. İtlər hər gün kiməsə hücum edir. Sakinlər rahat hərəkət edə bilmir. Hamı qorxu içindədir”.

Digər kənd sakini Elvin Nəbiyev də qeyd edib ki, bütün şikayətlərə baxmayaraq hər hansı addım atılmır, müvafiq tədbir görülmür:

“İtlər 11-ci sinif şagirdi olan övladıma hücum etdi. Hazırda ağır vəziyyətdə evdə yatır. Bu səbəbdən o, buraxılış imtahanında iştirak edə bilmədi. Digər azyaşlı övladıma da hücum olunub. Valideynlər uşaqlarını hər dəfə özləri məktəbə aparıb-gətirir. İcra nümayəndələrinə, bələdiyyəyə şikayət etmişik. Lakin səsimizə səs verən yoxdur”.



Məsələ ilə bağlı Göylər kənd icra nümayəndəsi İxtiyar Xəlilov ilə əlaqə saxladıq. O, hazırda məsələ üzrə müəyyən işlərin görüldüyünü, lakin əllərində lazımi imkanların olmadığını bildirdi:

“Biz sahə müvəkkili və digər aiddiyyatı qurumlar ilə əlaqə saxlamışıq. Bu məsələni tam həll etmək üçün tam imkanlara sahib deyilik. Müraciət etdiyimiz qurumlar vətəndaşlar razı qalsın deyə kömək üçün vədlər veriblər. Şəhriyar qəsəbəsində sığınacaq mövcuddur ki, biz itləri ora daşıyırdıq. Lakin artıq orada da yerlər dolduğu üçün bu prosesə davam edə bilmirik. İtlərə atəş açmağa icazə yoxdur. Mən maddi xərcləri qarşılamağa hazıram. Lakin təkrar edirəm ki, biz bunun öhdəsindən tək gələ bilməyəcəyik. Aidiyyatı qurumların köməyi lazımdır".

Bələdiyyə sədri Çingiz Kərimov isə qeyd etdi ki, məsələnin həlli üçün dəstəklə bağlı müxtəlif qurumlara məktublar göndərilib:

“Məsələ ilə bağlı rayon rəhbərliyinə, müxtəlif qurumlara məktublar göndərmişik. Məktubun cavabında bizə bildirildi ki, qanuni silaha sahib 5 nəfər təyin olunsun və onlar havaya atəş açsınlar. İtlərin özünə atəş açmaq qadağandır. Bizim imkanımız yoxdur ki, bunu özümüz həll edək. Qurumlar da bizə kömək edəcəklərinə dair sözlər verirlər".

Xəbər 2388 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +