Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


03.03.2025  17:00 

Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...





A+  A-

"Formula 1”ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı tamamlanıb.

XəzərNews.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Mehdiyevə verilmiş ittihamların sübuta yetirildiyini elan edərək onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini, üzərinə həbs qoyulmuş 1 milyonluq əmlaklarının müsadirə olunmasını tələb edib.

İttiham tərəfi bəyan edib ki, sərbəst mühakimə edilən təqsirləndirilən məhkəmə zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Müdafiə tərəfi əvvəlki iclaslarda cinayət baş verən dövrdə Bakı Şəhər Halqası əməliyyat şirkətinin rəhbəri olmuş mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da məhkəmədə dindirilməsini istəmişdi. Həmin vaxtda vəsatət baxılmamış saxlanılmışdı.

Bu gün eyni məsələ yenidən müzakirə edilib. Məhkəməyə sədrlik edən hakim Hakim Leyla Əsgərova-Məmmədova Arif Rəhimovun dindirilməsi ilə bağlı vəsatətə münasibət bildirməyib. Xanım hakim bunun səbəbini vəkillərin istintaq bitərkən bu vəsatəti yenidən müdafiə etməmələri ilə əlaqələndirib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edir. Mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyan 397 min 852 manat təşkil edir. Mehdiyev həmin məbləğin 100 min manatını geri ödəyib.

Xəbər 2757 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +