Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


12.02.2025  10:43 

Restoranlara neçə kiloqramlıq heyvan sərf edir?





A+  A-

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalının azalmasına səbəb olur.

Həmçinin fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır.

XəzərNews.az Baku TV-yə istinadən məlumat verir ki, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kiloqram olub ki, bu da 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. Orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında təxminən 8 min ton itki deməkdir.

"Restoranlar əsasən quzu əti istəyirlər, onlara böyük heyvan sərf etmir. Əvvəl 7-8 kiloluq quzulara tələbat çox idi. O çəkidə heyvanı tapmaq da, almaq da çətin olur, çox bahadır. 7-8 kiloluq quzu 26-27 manata başa gəlir, biz onu müştəriyə neçəyə sataq?!",
- qəssablar söyləyiblər.

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, sözügedən amil heyvandarlığın inkişafına mane olursa, Nazirlik bununla bağlı qanunvericilik təşəbbüsü irəli sürə bilər. Qanunvericilik orqanı zəruri hesab etdiyi halda heyvanların erkən dövrdə kəsilməsinin məhdudlaşdırılması mümkündür:

"Xırdabuynuzlu və ya iribuynuzlu heyvandarlıq sahəsində marağın aşağı düşməsinin əsas səbəblərindən biri urbanizasiya ilə bağlıdır. Azərbaycanda ciddi şəkildə əhalinin iri şəhərlərə köçü baş verir. Heyvandarlıqla məşğul olmaq əvvəlki dövrlərlə müqayisədə aktuallığını itirir. İkinci məsələ isə sözügedən sahədə həm dərmanların, həm də yem xərclərinin artmasıdır".

İqtisadçı deyir ki, heyvandarlığın inkişafı üçün bu sahə daha gəlirli olmalıdır. Buna isə xərclərin artması fonunda qiymətlərin yüksəlməsi ilə nail olmaq mümkündür.

Ətraflı süjetdə:



Xəbər 4199 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +